Rusiya Prezidenti: “Qərb Avrasiyanı hərbi bloklara bölmək istəyir”

“Qərb Rusiya və Çinin qarşısını almaq üçün Avrasiyanı hərbi bloklara bölmək istəyir, lakin bu cəhdlər baş tutmayacaq”.

Turanın səsi ” xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin bəyan edib.

Onun sözlərinə görə, Qərb getdikcə hökmranlığını itirərək bütöv ölkələrin və xalqların taleyini təhlükə altına qoyur:

“Eyni zamanda, Qərbin təhrik etdiyi və körükləndiyi Ukrayna böhranı bu gün ən diqqət çəkəndir, lakin heç bir halda beynəlxalq aləmdə hökmranlığı və birqütblü dünya nizamını saxlamaq niyyətlərinin yeganə təzahürü deyil. NATO-nun Asiya-Sakit okean regionuna nüfuz etmək məqsədi ilə öz fəaliyyətinə qlobal miqyas verməyə çalışdığını anlamamaq mümkün deyil.

Bəzi qüvvələr israrla ümumi Avrasiya məkanını ölkələrimizin inkişafını cilovlamağa və onların maraqlarına toxunmağa yönəlmiş “eksklüziv klublar” və hərbi bloklar şəbəkəsinə bölməyə çalışırlar. Ancaq buna heç kim nail ola bilməyəcək”.

⤵️

TURANIN SƏSİ” Arzu Paşaqızı


BİZİMLƏ ƏLAQƏ SAXLAYIN


ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA

QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp

ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ


TEL : 051 777 82 09

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir