Rusiya ordusu Zaporojye vilayətini bombaladı

Rusiya ordusu Ukraynanın cənubundakı Zaporojye şəhərində biznes mərkəzinə zərbə endirib. 

Turanın səsi ” xəbər verir ki, bu barədə Ukrayna Fövqəladə Hallar Xidmətindən verilən açıqlamada bildirilib.

Açıqlamaya görə, Zaporojyedə biznes mərkəzi rus ordusu tərəfindən bombalanıb və yanğın baş verib. 

Hadisə yerinə gələn xilasetmə qrupları 4-ü yük maşını olmaqla, 14 avtomobilin yandığını müəyyən edib.

Yanğın daha geniş əraziyə yayılmadan tez bir zamanda söndürülüb. 

Hadisə nəticəsində xəsarət alan olmayıb. 

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir