Rusiya ordusu Xersonu atəşə tutub, 4 nəfər ölüb, 7 nəfər yaralanıb
![](https://turaninsesi.az/wp-content/uploads/2023/05/20230503_124847.jpg)
Rusiya ordusu ötən gecə Ukraynanın Xerson şəhərini atəşə tutub.
“Turanın səsi ” UNIAN-a istinadən xəbər verir ki, bunu Xerson Hərbi Vilayət Administrasiyasının rəhbəri Aleksandr Prokudin bildirib.
Onun sözlərinə görə, hücum nəticəsində 4 nəfər ölüb, 7 nəfər yaralanıb.
Yaralananlardan birinin uşaq olduğu bildirilib.