Rusiya ordusu Xersonu atəşə tutub, 2 nəfər ölüb, 3 nəfər yaralanıb
Rusiya ordusu Ukraynanın Xerson vilayətini atəşə tutub.
“Turanın səsi ” xəbər verir ki, bunu Xerson vilayətinin Hərbi Administrasiyasının rəhbəri Aleksandr Prokudin teleqramda yazıb.
Onun sözlərinə görə, əraziyə 76 dəfə hücum olub, həmçinin əraziyə 33 mərmi atılıb.
Nəticədə 2 sakin həlak olub, 3 mülki şəxs yaralanıb.
Hadisə yerinə təcili tibbi yardım əməkdaşları və xilasedicilər cəlb olunub.