Rusiya ordusu Kupyanska raket zərbələri endirib, yaralılar var

Rusiya ordusu mayın 9-da axşam saatlarında Kupyanska raket zərbələri endirib, yaralılar var.

Turanın səsi ” xəbər verir ki, bu barədə Xarkov Vilayət Dövlət Administrasiyasının sədri Oleq Sinegubov teleqramda məlumat yayıb.

Mülki infrastruktur obyektinə zərbə endirilib. Azı 5 fərdi yaşayış binasına ziyan dəyib.

Sinequbovun sözlərinə görə, zərbə nəticəsində üç nəfər – iki qadın və bir kişi yaralanıb.

Raket zərbələri Kupyanskdakı evlərdə yanğına da səbəb olub.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir