Rusiya ordusu Kiyevə İran PUA-ları ilə hücum edib
Rusiya ordusu dekabrın 14-də səhər saatlarında Ukraynanın paytaxtı Kiyev şəhərinə və vilayətinə İran istehsalı olan PUA-larla hücum edib.
“Turanın səsi” UNİAN-a istinadən xəbər verir ki, bunu Kiyevin meri Vitali Kliçko bildirib.
Onun sözlərinə görə, şəhərdə partlayış baş verib. Kiyev, Jitomir və Vinnits vilayətlərində də həyəcan siqnalı verilib.
İtki və dağıntılar barədə hələlik məlumat yayılmayıb.
Ukrayna Hərbi Hava Qüvvələri paytaxtın və vilayətin səmasında Rusiya ordusuna məxsus İran istehsalı olan 10 PUA-nı məhv edib.
Məlumata görə, PUA-ların hücum etdiyi Kiyev şəhərinin Şevçenko rayonunda 71 sənaye kompleksi yerləşir.
⤵️
“TURANIN SƏSİ” Arzu Paşaqızı
BİZİMLƏ ƏLAQƏ SAXLAYIN
ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA
QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp
ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ
TEL : 051 777 82 09