Rusiya ordusu Avdeyevkaya raket zərbəsi endirib, ölənlər var
![](https://turaninsesi.az/wp-content/uploads/2023/05/20230507_021519.jpg)
Rusiya ordusu Ukraynanın Donetsk vilayətinin Avdeyevka şəhərinin mərkəzi hissəsinə raket zərbəsi endirib, ölənlər var.
“Turanın səsi ” Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu barədə Avdeyevka şəhər hərbi administrasiyasının rəhbəri Vitali Barabaş telemarafonun efirində bildirib.
İki çoxmərtəbəli bina dağılıb, nəticədə evlərdən birinin 2-ci mərtəbəsində yaşayan ailə dağıntılar altında qalıb. Ailə başçısı və həyat yoldaşı həlak olub.
Bununla yanaşı, aprelin 30-da raket hücumuna məruz qalan və dağıntılar altında qalan kommunal təsərrüfat işçisinin meyiti tapılıb.