Rusiya Odessaya raket zərbəsi endirib, ölən və yaralananlar var
Rusiya qoşunları iyulun 23-də Ukraynanın Odessa şəhərinə raket hücumu həyata keçirib. Hücum nəticəsində ölən və yaralananlar var.
Bu barədə ” Turanın səsi ” Odessa vilayət hərbi administrasiyasının rəhbəri Oleq Kiperin teleqram kanalına istinadən xəbər verir.
Atəş nəticəsində bir mülki şəxsin öldüyü bildirilir.
“Odessada saat 03.00-a olan məlumata görə, 4-ü uşaq olmaqla, 18 zərərçəkən var. 14 nəfər şəhər xəstəxanalarına yerləşdirilib, onlardan üçü uşaqdır”, – Oleq Kiper bildirib.
Kiperin sözlərinə görə, zərərçəkənlərin sayı ilə bağlı məlumatlar dəyişə bilər. Təcili yardım briqadaları hadisə yerindədir.