Rusiya Nazirlər Kabinetində maska rejimi tətbiq olunur

Rusiya Nazirlər Kabinetində maska rejimi tətbiq edilir.

Turanın səsi ” xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, mövsümlə əlaqədar kəskin respirator virus infeksiyasına, COVİD-19 və qripə yoluxma hallarının artması ilə əlaqədar Nazirlər Kabinetinin binasında maska rejimi və digər profilaktik məhdudiyyətlər tətbiq olunur.

Məhdudiyyətlər sentyabrın 18-dən tətbiq ediləcək. Nazirlər Kabineti əməkdaşları arasında şəxsi ünsiyyət, eləcə də ölkədaxili və xarici ezamiyyətlərin sayı azaldılacaq.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir