Rusiya Müdafiə Nazirliyi: “Kiyev Priqojinin təxribatından istifadə edərək Baxmut istiqamətində hücuma hazırlaşır”

Ukrayna “Vaqner” Xüsusi Hərbi Şirkətinin başçısı  Yevgeyni Priqojinin hərəkətlərindən istifadə edərək, Baxmut istiqamətində hücuma hazırlaşır.

Turanın səsi ” xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, Priqojinin vəziyyəti pozmaq üçün təxribatından istifadə edən Ukrayna Baxmut taktiki istiqamətində Ukrayna Silahlı Qüvvələrinin 35-ci Dəniz Briqadası və 36-cı Mexanikləşdirilmiş Briqadasının hissələrini hücum əməliyyatları üçün başlanğıc xəttində cəmləşdirir.

Nazirlikdən bildirilib ki, Cənub Qüvvələri Qrupunun şəxsi heyəti hava və artilleriya zərbələri ilə atəş açır.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir