Rusiya İrana qoşun göndərə bilər – Zelenski

Rusiya ABŞ və İsraillə müharibədə İrana fəal şəkildə kömək edir və ora qoşun göndərə bilər.

turaninsesi.az ” xəbər verir ki, Volodimir Zelenski bunu irlandiyalı bloqçu Keylin Robertsona verdiyi müsahibədə bildirib.

O deyib: “Rusiya İran rejimini dronlarla dəstəkləməyə başlayıb. Bu, şübhəsiz, raketlər və hava hücumundan müdafiə sistemləri ilə kömək edəcək. Növbəti addım nə olacaq?”

Ukrayna Prezidenti hazırda əsas məsələn İran rejimini dəstəkləmək üçün hansı ölkənin ilk olaraq qoşun göndərəcəyidir:

“Şimali Koreya Ukraynaya görə Rusiyaya 10.000 əsgər göndərdi. Eyni şey İranda da baş verə, yəni Rusiya ora qoşun göndərə bilər”.

Arzu Paşaqızı