Rusiya ilə danışıqlara hazırıq – Ukrayna XİN başçısı
Rəsmi Kiyev Rusiya tərəfi ilə danışıqlara hazırdır.
“turaninsesi.az” xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Çinin xarici işlər naziri ilə söhbətində bildirib.
Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ninq Kulebadan sitat gətirib: “Rusiya ilə danışıqlar rasional olmalı və davamlı sülhə nail olmaq üçün praktiki əhəmiyyət kəsb etməlidir”.
Xatırladaq ki, Kuleba Çində səfərdədir.