Rusiya hərbçiləri Donetski atəşə tutub, 1 mülki şəxs ölüb, 8-i yaralanıb
![](https://turaninsesi.az/wp-content/uploads/2023/04/20230412_155331.jpg)
Rusiya Silahlı Qüvvələri bu gecə Ukraynanın Donetsk vilayətini atəşə tutub.
“Turanın səsi ” xəbər verir ki, bu barədə Donetsk Hərbi Administrasiyanın rəhbəri Pavel Kirilenko teleqramda yazıb.
Bildirilib ki, hücum nəticəsində mülki şəxslər arasında 1 nəfər ölüb, 8 nəfər isə yaralanıb.
Qeyd edək ki, Ukrayna sonuncu dəfə aprelin 6-də Donetski atəşə tutmuşdu.
Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb. BMT-nin məlumatına görə, indiyədək Ukraynada 8500-ə yaxın dinc sakin həlak olub.