Rusiya Günəş sistemindən kənara cihaz buraxmağı planlaşdırır

0

Rusiyalı mütəxəssislər ulduzlararası fəzanın tədqiqi və kosmik cihazın Günəş sistemindən kənara uçması layihəsini hazırlayırlar.

Turanın səsi” “İzvestiya” qəzetinə istinadən xəbər verir ki, bu barədə noyabrın 5-də Keldış Mərkəzinin (“Roskosmos” dövlət korporasiyasının bir hissəsi) baş direktoru Vladimir Koşlakov deyib.

“İndi ulduzlararası məkanın tədqiqi üçün layihə formalaşdırılır və Günəş sistemindən kənara bir cihazın uçuşu ilə kosmik təcrübə hazırlanır”, – o vurğulayıb.

Koşlakov əmin edib ki, qurğu Keldış Mərkəzində hazırlanmış dünyanın ən güclü plazma mühərriki ilə təchiz olunacaq. O əlavə edib ki, cihaz uzun illər işləyə biləcək.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir