Rusiya Ərdoğanın təklifinə “yox” dedi

“Taxıl müqaviləsinin vaxtı bitdi”.

turaninsesi.az ” TASS-a istinadla xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib.

O, Türkiyə Prezidenti Ərdoğanın taxıl dəhlizi sazişinin yenilənməsini müzakirə etmək niyyəti ilə bağlı sualı cavablandırıb:

“Taxıl müqaviləsinin vaxtı, deyəsən, bitib. Təbii ki, qida təhlükəsizliyi sahəsində səmərəli səylərin lazım olduğu anlayışı var. Bir çox beynəlxalq məsələlərə özünün kvazihumanitar yanaşması ilə öyünən Avropa İttifaqı, əslində, ərzaq bazarlarında vəziyyəti sabitləşdirməyə kömək edəcək bir sıra anlaşmanın həyata keçirilməsini sadəcə sabotaj etdi”.

Arzu Paşaqızı