Rusiya Baş naziri müavininin İrəvana səssiz-səmirsiz səfəri
“Azadlıq” radiosunun məlumatına görə, Rusiya Baş nazirinin müavini Aleksey Overçuk Ermənistandadır.
“turaninsesi.az ” xəbər verir ki, onun səfəri və görüşləri ilə bağlı hələlik rəsmi məlumat yoxdur.
Keçən həftə Overçuk bəyan edib ki, nə vaxtsa Ermənistan Avropa İttifaqı və Avrasiya İqtisadi Birliyi arasında seçim etməli olacaq, çünki hər iki ittifaqda eyni vaxtda qalmaq mümkün deyil.
Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə dördüncü departamentinin direktoru Mixail Kaluqin də dekabrın 16-da bəyan edib ki, Rusiya “Tramp yolu” təşəbbüsünün parametrləri və Moskvanın mümkün iştirakı ilə bağlı İrəvanla məsləhətləşmələrə hazırdır.
Ermənistan Milli Məclisinin sədr müavini Ruben Rubinyan bəyan edib ki, Rusiya ilə “Tramp yolu” layihəsində iştirakla bağlı heç bir müzakirə aparılmayıb.
Arzu Paşaqızı