Rus ordusu Maksimovkaya daxil oldu
Rus ordusu Ukraynanın Donetsk vilayətinin Volnovaxa rayonunun Uqledar şəhər icmasının Maksimovka kəndinə daxil olublar.
“turaninsesi.az” xəbər verir ki, bunu “Aydar” 24-cü ayrı-ayrı hücum batalyonunun döyüşçüsü Stanislav Bünyatov məlumat verib.
Onun sözlərinə görə, hazırda ukraynalı müdafiəçilər Rusiya qüvvələri ilə ağır döyüşlər aparır:
“Bir neçə mexanikləşdirilmiş hücum dəf edildi, lakin düşmən piyadaları tədricən yaşayış məntəqəsinə doğru irəliləyir və şiddətli döyüşlər gedir”.