Rumıniya ilə Rusiya arasında DİPLOMATİK QALMAQAL
Rumıniya hakimiyyəti Rusiya səfirliyinin diplomatını ölkə ərazisində “persona non-grata” elan edib.
“Turanın səsi ” REN TV”yə istinadən xəbər verir ki, bu barədə Rumıniya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, rusiyalı diplomat “1961-ci il Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyasının müddəalarına zidd fəaliyyətə görə” Rumıniyada arzuolunmaz şəxs elan edilib. Bu məlumat artıq Rusiya tərəfinə çatdırılıb.
Rusiya Xarici İşlər Nazirliyi də öz növbəsində Rumıniyanın bu qərarına cavab verəcəyini bəyan edib.
Bundan əvvəl, 2024-cü ilin martında Rusiyanın Buxarestdəki səfiri Valeri Kuzmin də Rumıniya Xarici İşlər Nazirliyinə çağırılıb.