Rubio: Ərazi güzəştləri Ciddədə müzakirə edilib

Vaşinqton Kiyevlə ərazi güzəştləri məsələsini müzakirə edib.

turaninsesi.az” xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio bildirib.

“Səudiyyə Ərəbistanında ərazi güzəştlərindən danışdıq”, – deyən Rubio qeyd edib ki, Birləşmiş Ştatlar Rusiyanı hərbi əməliyyatları dayandırmaq barədə düşünməyə çağırır: “ABŞ Rusiyanı Ukraynada hərbi əməliyyatların dayandırılması məsələsinə nəzərdən keçirməyə çağırır və Moskvadan cavab gözləyir”.

Dövlət katibi Rusiya ilə Ukrayna arasında münaqişənin hərbi yolla həllinin olmadığını vurğulayıb: “Ukraynadakı vəziyyəti həll etməyin yeganə yolu danışıqlardır”.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI