Rubinyan: “O zaman Türkiyə niyə hələ də sərhədi açmayıb?”

0

Türkiyə regional kommunikasiyaların açılmasına müsbət yanaşmalıdır.

turaninsesi.az” Armenian News-a istinadla xəbər verir ki, bunu Ermənistan Milli Məclisinin sədr müavini Ruben Rubinyana deyib.

“Sülh kəsişməsi” layihəsini bütün qonşularımıza və tərəfdaşlarımıza təqdim etdik. Bu, vizyonumuzu və regionda bütün kommunikasiyaların blokadadan çıxarılmasını əks etdirir. Qonşulardan heç birinin layihəni alqışlamaması üçün heç bir səbəb görmürəm. Düşünürəm ki, Türkiyə regional kommunikasiyaların açılmasına müsbət münasibət bəsləməlidir, çünki bu, Türkiyə də daxil olmaqla, hamı üçün faydalı olacaq”.

Rubinyanın fikrincə, Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasının Ermənistan-Azərbaycan münasibətlərindən daha tez müsbət nəticə əldə etməsi mümkündür.

“Əlbəttə, mən belə bir fürsət görürəm. Müxalifətin fərziyyəsi odur ki, Türkiyə Ermənistanı udmaq, məhv etmək istəyir, Onun ikinci fərziyyəsi odur ki, Türkiyə sərhədi açsa, Türkiyə Ermənistanı udacaq. O zaman Türkiyə niyə hələ də sərhədi açmayıb?”

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir