Rəsmi Tbilisi: “Ukraynanın Gürcüstan şirkətinə sanksiya tətbiq etməsi siyasi motivli qərardır, cavab verəcəyik”

“Gürcüstanın “Georgian Airways” aviaşirkətinə Ukraynanın sanksiya tətbiq etməsi siyasi motivli qərardır”.

Turanın səsi ” Gürcüstan KİV-inə istinadən xəbər verir ki, bunu Gürcüstanın baş nazirinin müavini Levan Davitaşvili deyib.

Nazir müavininin sözlərinə görə, Gürcüstan Xarici İşlər Nazirliyi Ukraynanın qərarına cavab verəcək.

L.Davitaşvili Ukrayna hakimiyyətinin qərarında Gürcüstan müxalifətinin də əli olduğunu istisna etməyib.

Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski iyulun 1-də Gürcüstanın “Georgian Airways” aviaşirkətinə sanksiya tətbiq edib.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir