Rəsmi Kiyev elan edib: “Əks hücum əməliyyatları başlayıb”

“Ukrayna hərbçilərinin əks-hücum əməliyyatı artıq başlayıb”.

Turanın səsi ” xarici KİV-ə istinadən xəbər verir ki, bunu Ukrayna Prezident Ofisinin müşaviri Mixaylo Podolyak deyib.

O bildirib ki, bütün sərhəd xətti boyunca şiddətli döyüşlər gedir:

“Əks-hücum əməliyyatları artıq bir neçə gündür davam edir”.

Podolyakın sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri Rusiya ərazisinə zərbə endirməyəcək:

“Biz yalnız işğal olunmuş ərazilərin azad edilməsi üçün çalışırıq. Biz silahlardan Donbas və Krımda Rusiyanın mövqelərini məhv etmək üçün istifadə edirik”.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir