Rəsmi İrəvan: Türkiyə-Ermənistan sərhədlərinin açılması məsələsində hər iki tərəfdə siyasi iradə var
Türkiyə ilə sərhədlərin açılması ilə bağlı hər iki tərəfdə siyasi iradə var.
“Turanın səsi ” xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan “TRT World”a müsahibəsində deyib.
O bildirib ki, Ermənistanla Türkiyə arasında sərhədin açılması prosesi ilə ticarət əlaqələrinin inkişafı arasında birbaşa əlaqə var: “Düşünürəm ki, sərhədi açsaq işgüzar əlaqələr avtomatik inkişaf edəcək. Fikrimcə, hər iki tərəfdə liderlik, siyasi iradə var və biz sərhədləri açsaq, iqtisadi əlaqələr daha da inkişaf edəcək və öz məcrasını tapacaq”.