Rəisinin müavini keçmiş XİN rəhbərinin cavabını verdi

İran prezidentinin siyasi məsələlər üzrə müavini Məhəmməd Cəmşidi teledebatda 12-ci hökumətin xarici işlər naziri Məhəmməd Cavad Zərifin işlətdiyi sözlərə reaksiya verib.

Turanın səsi ” xəbər verir ki, o, “X”dəki səhifəsində ABŞ-ın keçmiş prezidenti Donald Trampın köhnə tvitini farsca paylaşaraq qeyd edib: “İranın xarici işlər naziri İranın ABŞ-la danışıqlar aparmaq, lakin qarşılığında sanksiyaların ləğv edilməsini istədiyini deyir. Xeyr, təşəkkürlər!”

Cəmşidi əlavə edib: “Birləşmiş Millətlər Təşkilatında Şəhid Süleymaninin qatilini cəsarətlə hədələyən və İrana şərəf verən şəxslə Hacı Qasimin öldürülməsindən sonra onun qatili ilə danışıqlar aparmaq istəyən və Trampdan bu alçaldıcı cavabı alan şəxs arasında böyük fərq var”.

Xatırladaq ki, bu gün teledebatda Məsud Pezeşkianı təmsil edən Cavad Zərif bildirib: “Sanksiyalar rəqəmlə hesablanmır. Şəhid Rəisi hökumətinin 3 ilində 1500 sanksiya (Həsən Ruhani dövründə son say – red.) 2570-ə çatıb. İnsanların başını ədəd şirəsi ilə ovuşdurmaq istəyirsinizsə, heç olmasa düzgün ovuşdurun… Sonra da deyirlər ki, Rəisi hökumətinə neft satmağı öyrətdik. Bayden seçkilərdə məhz sanksiyaları ləğv etmək vədi verdiyindən qalib gəlmişdi. Qoy Tramp yenidən hakimiyətə gəlsin, görək onda necə danışacaqlar”.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir