Qonşu ölkədə seçkilər: “Gürcü arzusu” liderdir
Şənbə günü Gürcüstanda keçirilən parlament seçkilərində hakim “Gürcü arzusu” partiyası 54,24% səslə liderdir.
“turaninsesi.az” xəbər verir ki, bu barədə Gürcüstanın Mərkəzi Seçki Komissiyası məlumat yayıb.
Seçki məntəqələrinin 97%-dən çoxunun məlumatlarının nəticələri bu göstəricini qeydə aldırıb.
MSK-nın məlumatına görə, “Gürcü Arzusu” 54,243%, “Dəyişiklik Koalisiyası” 10,805%, “Birlik – Milli Hərəkat” partiyası 10,07%, “Güclü Gürcüstan” 8,722%, “Gürcüstan üçün Qaxariya” partiyası isə 7,725% səs toplayıb.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI