Qırğızıstanda dövlət çevrilişinə cəhddə onlarla şübhəli şəxs saxlanılıb

Qırğızıstan Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsinin əməkdaşları dövlət çevrilişinə cəhddə şübhəli bilinən 30-dan çox şəxsi saxlayıb.

Turanın səsi ” xəbər verir ki, bu barədə Milli Təhlükəsizlik Komitəsinin mətbuat mərkəzi məlumat yayıb.

“Kütləvi iğtişaşlar və hakimiyyətin sonradan zorakılıqla ələ keçirilməsi məqsədilə itaətsizlik aksiyaları təşkil etməyi planlaşdıran şəxslər saxlanılıb”, – məlumatda deyilir.

Kəşfiyyat xidmətlərinin məlumatına görə, bu iş üzrə ölkədə ümumilikdə “30-dan çox adam” saxlanılıb.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir