Qasırğa Amerikanı vurdu: milyonlarla insan işıqsız, evsiz qaldı 

ABŞ-nin Florida ştatını vuran Milton qasırğası 1-ci kateqoriyaya qədər zəifləyib. 

turaninsesi.az” xəbər verir ki, bu barədə ABŞ-ın Florida ştatının hakimiyyət orqanları məlumat yayıb. 

İlkin məlumata görə, ən azı 125 ev dağılıb, 2,8 milyon nəfərin elektrik enerjisi təchizatı dayandırılıb. Ölkənin hava limanlarında minlərlə reys təxirə salınıb və ya ləğv edilib.

Məlumata görə, qasırğa ştatda qocalar evini vurub. Sent-Lusi dairəsinin şerifi Keyt Pirsonun sözlərinə görə, bir neçə nəfər həlak olub. İki ölüm faktı təsdiqlənib və bir neçə nəfər xəstəxanaya yerləşdirilib. 

Qeyd edək ki, Florida ştatında oktyabrın 7-də gücü maksimuma, beşinci kateqoriyaya çatan qasırğanın yaxınlaşması ilə əlaqədar fövqəladə vəziyyət elan edilib. 

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir