“Qalatasaray” qalib gəldi, xal fərqi 9 oldu

Türkiyə Superliqasının 21-ci turunda lider “Qalatasaray” “Konyaspor”u qəbul edib.

turaninsesi.az” xəbər verir ki, matç ev sahiblərinin qələbəsi ilə başa çatıb – 1:0. 

“Cim-bom”un qələbə qolunu 22-ci dəqiqədə Osimhen penaltidən vurub.

Qələbə sayəsində ev sahibləri xallarının sayını 54-ə çatdırıb. Liderin 45 xalla ən yaxın izləyicisi 1 oyun az keçirən “Fənərbağça”dır.

Oyunda “Qalatasaray”ın uruqvaylı qapıçısı Fernando Muslera rekorda imza atıb. İstanbul klubu ilə 429-cu matçına çıxan qapıçı “Qalatasaray”da ən çox oyun keçirən futbolçu adını qazanıb.