Qəzaya uğrayan təyyarənin sərnişinlərinin adları açıqlandı: Priqojin və Utkin siyahıda
Rusiya Federal Hava Nəqliyyatı Agentliyi Tver vilayətində qəzaya uğrayan özəl təyyarənin göyərtəsində olan sərnişinlərin və ekipaj üzvlərinin tam siyahısını dərc edib.
“Turanın səsi ” xəbər verir ki, bu barədə Rusiya Federal Hava Nəqliyyatı Agentliyi məlumat yayıb.
Siyahıda “Vaqner” özəl hərbi şirkətin rəhbəri Yevgeni Priqojinin və “Vaqner”in komandiri Yevgeni Utkinin də var. Məlumata əsasən xilasedicilər 7 nəfərin cəsədini qalıqlar altından çıxarıblar.
Qeyd edək ki, Utkin Yevgeni Priqojinin “sağ əli” olub. O, Rusiya Müdafiə Nazirliyinin silahlarının satışı ilə məşğul olub.
Xatırladaq ki, Y.Priqojinə məxsus olan “Embrair” biznes-jet Moskvanın Şeremetyevo hava limanından Sankt-Peterburq şəhərinə doğru uçurmuş. Təyyarədə üç pilot və yeddi sərnişin olub. Onların hamısı ölüb.
“Vaqner” şirkətinə yaxın olan “Gray Zone” teleqram kanalı bildirib ki, təyyarə hava hücumundan müdafiə sistemi vasitəsi ilə açılan atəşlə vurulub.
Sərnişinlər:
Yevgeni Priqojin
Dmitri Utkin
Sergey Propustin
Yevgeni Makaryan
Aleksandr Totmin
Valeri Çkalov
Nikolay Matuseyev
Ekipaj üzvləri:
Komandir Aleksey Levşin
İkinci pilot Rüstəm Kərimov;
Göyərtə nəzarətçisi Kristina Raspopova
Məlumat üçün əlavə edək ki, sərnişinlər arasında olan erməni əsilli Rusiya vətəndaşı Yevgeni Makaryan Ukraynanın hüquq-mühafizə orqanları tərəfindən axtarışda olub.