Putinin Stalinlə bağlı iddialarından sonra Rusiya səfiri Polşa XİN-ə çağırılacaq

Polşanın Baş naziri Mateuş Moravetski Rusiya Prezidenti Vladimir Putinin sovet diktatoru İosif Stalinlə bağlı bəyanatlarından sonra Rusiya səfirinin ölkənin Xarici İşlər Nazirliyinə çağırıldığını elan edib.

Turanın səsi ” xəbər verir ki, bu barədə hökumət başçısı tviterdə yazıb.

Moravetski Putinin Stalinin guya Polşaya torpaq “ərməğan etməsi” barədə sözlərini şərh edərkən onun “yüz minlərlə polyakın ölümünə görə məsuliyyət daşıyan hərbi cinayətkar olduğunu” vurğulayıb.

“Tarixi həqiqət şübhəyə yer qoymur. Rusiya Federasiyasının səfiri Xarici İşlər Nazirliyinə çağırılacaq”, – polşalı siyasətçi sosial şəbəkədə qeyd edib.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir