Putin və Tramp İran barədə danışdılar
Donald Tramp rusiyalı vəzifədaşı Vladimir Putinlə İrana dair telefon öhbətindən söz açıb.
“turaninsesi.az ” Axios-a istinadla xəbər verir ki, o, Rusiya Prezidenti ilə bu söhbəti “çox yaxşı” kimi səciyyələndirib:
“O, İranla bağlı faydalı olmaq istəyir. Dedim ki, Ukraynadakı müharibəyə son qoymaqla daha çox faydalı ola bilərsiniz”.
Bundan əvvəl Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov bildirib ki, Vladimir Putin Donald Trampla Yaxın Şərqdəki vəziyyəti və Ukrayna sülh prosesini müzakirə edib:
“İranla münaqişə və ABŞ nümayəndələrinin iştirakı ilə Ukrayna münaqişəsinin həlli üzrə davam edən ikitərəfli danışıqlara diqqət yetirilib”.
Putin Yaxın Şərqdəki vəziyyətin tez bir zamanda siyasi və diplomatik yolla həllinə yönəlmiş bir sıra mülahizələrini bildirib. Tramp da İsraillə birgə əməliyyat kontekstində öz qiymətləndirməsini verib.
Uşakovun sözlərinə görə, söhbət Amerika Prezidentinin təşəbbüsü ilə baş tutub və təxminən bir saat davam edib.
Arzu Paşaqızı