Putin və Paşinyan nə barədə danışacaqlar?

Dmitri Peskov Ermənistanın Baş naziri Nikol Paşinyanla Rusiya Prezidenti Vladimir Putin arasında görüşün təfərrüatlarını açıqlayıb.

turaninsesi.az ” RİA Novosti-yə istinadla xəbər verir ki, Rusiya Prezidenti mətbuat katibinin sözlərinə görə, aprelin 1-də liderlər ikitərəfli gündəmlə bağlı məsələləri, eləcə də Cənubi Qafqazda iqtisadi və nəqliyyat-logistika əlaqələrinin inkişafını müzakirə edəcəklər.

“Daha sonra Putin və Paşinyan işgüzar səhər yeməyi zamanı təkbətək ünsiyyətlərini davam etdirəcəklər”, – Peskov bildirib.

Arzu Paşaqızı