Putin və Netanyahu arasında telefon söhbəti – Kremldən bəyanat

Rusiya Prezidenti Vladimir Putin İsrailin Baş naziri Binyamin Netanyahu ilə telefon danışığı aparıb.

turaninsesi.az ” xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti bəyanat yayıb,

Bəyanatda deyilir: “Yaxın Şərq və İrandakı vəziyyət müzakirə olunub”.Mətbuat xidmətinin məlumatına görə, Putin “regionda sabitliyin və təhlükəsizliyin təmin edilməsi üçün siyasi və diplomatik addımların gücləndirilməsi lehinə fundamental yanaşmaları müəyyən edib”.

“Rusiyanın müvafiq vasitəçilik səylərini davam etdirməyə və bütün maraqlı dövlətlərin iştirak etdiyi konstruktiv dialoqun irəliləməsinə kömək etməyə hazır olduğu təsdiqlənib”, – bəyanatda qeyd olunur.

Mətbuat xidməti əlavə edib ki, müxtəlif səviyyələrdə əlaqələrin davam etdirilməsi barədə razılığa gəlinib.

Arzu Paşaqızı