Putin və Netanyahu arasında telefon danışığı baş tutdu
Rusiya Prezidenti Vladimir Putin İsrailin Baş naziri Binyamin Netanyahu ilə telefon danışığı aparıb.
“turaninsesi.az” xəbər verir ki, Putin və Netanyahu Yaxın Şərqdəki vəziyyət, o cümlədən atəşkəs və əsir mübadiləsi sazişi kontekstində Qəzza zolağındakı hadisələr, İranın nüvə proqramı ilə bağlı vəziyyət və Suriyada gələcək sabitləşmə ilə bağlı məsələlər barədə ətraflı fikir mübadiləsi aparıblar.
Arzu Paşaqızı