Putin: Ukraynaya güzəştlərə hazırıq, amma…

0

Rusiya Ukrayna ilə ağlabatan kompromislərə hazırdır, lakin hazırda birbaşa danışıqlar aparılmır.

turaninsesi.az” Interfax-a istinadla xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin bildirib.

“Nəticə Rusiyanın xeyrinə olmalıdır, mən açıq deyirəm, heç bir tərəddüd etmədən döyüş meydanında yaranan reallıqlardan çıxış etməliyəm”, – deyə Putin “Rossiya 1” (VGTRK) telekanalının “60 dəqiqə” proqramına müsahibəsində bildirib.

“Biz kompromislər axtarmağa hazırıq, ağlabatan kompromisləri etməyə hazırıq, amma indi təfərrüatlara varmaq istəmirəm, çünki birbaşa danışıqlar aparılmır”, – deyə dövlət başçısı vurğulayıb.

Putin xatırladıb ki, Türkiyə dəfələrlə təşəbbüsləri Ukrayna tərəfinə ötürərək vasitəçi rolunu öz üzərinə götürüb:

“Birləşmiş Millətlər Təşkilatının xətti ilə Nyu-Yorkda tədbir keçirilib. Cənab Ərdoğanın köməkçisi Kalın Nyu-Yorkdan birbaşa cənab Yuri Uşakova zəng edib və Ukrayna tərəfi adından təklif verib. Biz razılaşdıq və ertəsi gün Ukrayna rejiminin başçısı açıq şəkildə bəyan etdi ki, danışıqlar aparılmayacaq. Proqnozlaşdırılması çətin olan irrasional davranış və bu əsasda hər hansı plan qurmaq mümkün deyil”.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir