Putin Ukrayna ilə danışıqlar şərtini açıqladı: Fərmanı ləğv etdirin

Rusiya prezidenti Vladimir Putin ABŞ-ı Ukraynanın danışıqlara hazır olduğuna inandıqları təqdirdə, Volodimir Zelenskinin fərmanını ləğv etdirməyə çağırıb.

Turanın səsi ” “Vedomosti”yə istinadla xəbər verir ki, o, bu barədə EEF-in plenar iclası zamanı bildirib.

“Əgər Birləşmiş Ştatlar Ukraynanın danışıqlara hazır olduğuna inanırsa, o zaman Ukrayna prezidentinin danışıqları qadağan edən fərmanını ləğv etdirsinlər”, – deyə dövlət başçısı vurğulayıb.

Sentyabrın 11-də ABŞ dövlət katibi Entoni Blinken Moskvanın təşəbbüs göstərəcəyi təqdirdə Kiyevin danışıqlarda iştirak edəcəyini bildirib. O  əlavə edib ki, ABŞ bu məsələdə Ukraynanı təhrik edəcək.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir