Putin Tehran və Təl-Əviv arasında vasitəçilik edir

0

“Moskva Rusiya prezidenti Vladimir Putinin timsalında regionda gərginliyin qarşısını almaq təşəbbüsünü İrana təqdim edib”.

turaninsesi.az” Al-Jarida-ya istinadla xəbər verir ki, Rusiyanın təklifi İran və İsrail arasında hərtərəfli atəşkəs və hər iki tərəfin gələcəkdə bir-birinin maraqlarını hədəf almamaq öhdəliyinə əsaslanır.

Diplomatik mənbə Küveyt nəşrinə bildirib: “Moskva Tehran və Təl-Əvivdən anlaşma formuluna yetişmək üçün öz vasitəçiliyi ilə dolayı danışıqlara başlamaq istəyib. O, tərəflərdən şərtlərini təqdim etmələrini istəyib, hətta yazılı olmasa belə”.

Mənbə əlavə edib: “Kreml Tehrandan İsrailə cavab verməkdə səbirli olmasını istəyib. Eyni zamanda, İran İsveçrə səfirliyi vasitəsilə ABŞ-dan yeni mesaj alıb və ondan İsrailə cavab verməməsi istənilib. Amerika tərəfi bildirib ki, İsrailin hücumuna cavab verməmə Livan və Qəzzada müharibəni dayandırmaq üçün şərait yaradır və Baydenə İrana qarşı sanksiyaların bir hissəsini aradan qaldırmağa kömək edir. Lakin iranlılar İsrailə cavabı ləğv edə bilməyəcəklərini bildiriblər”.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir