Putin: Rusiyanın nüvə qüvvələri döyüş istifadəsinə hazır olmalıdır

0

Nüvə üçlüyü Rusiyanın suverenliyinin qarantı olaraq qalır və xarici təhlükələrin artmasını nəzərə alaraq, strateji qüvvələrin döyüş istifadəsinə hazır olması vacibdir.

turaninsesi.az” Interfax-a istinadla xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin bildirib.

“Biz yaxşı başa düşürük ki, məhz nüvə triadası ölkəmizin suverenliyinin və təhlükəsizliyinin etibarlı təminatçısı olmaqda davam edir, bizə strateji çəkindirmə problemlərini həll etməyə, eləcə də dünyada nüvə paritetini və qüvvələr balansını qorumağa imkan verir. Qlobal sabitliyin obyektiv amilləri kimi”, – Putin çərşənbə axşamı strateji çəkindirici qüvvələrin təliminə başlayarkən deyib.

Onun sözlərinə görə, “geosiyasi gərginliyin artması və yeni xarici təhdidlərin və risklərin yaranması nəzərə alınmaqla, daim döyüş istifadəsinə hazır olan müasir strateji qüvvələrin olması vacibdir”.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir