Putin: “Rusiya-ABŞ münasibətləri dərin böhran içərisindədir”
“Rusiya və ABŞ arasında münasibətlər dərin böhran içərisindədir”.
“Turanın səsi ” TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin bir neçə ölkə səfirinin etimadnaməsini qəbul edərkən deyib.
Onun sözlərinə görə, indi dünyada vəziyyət asan deyil: “Çoxlu ziddiyyətlər var. Rusiya istisnasız olaraq bütün ölkələrlə konstruktiv tərəfdaşlığa açıqdır. Biz özümüzü təcrid etmək fikrində deyilik”.
Putin bildirib ki, Rusiya heç bir ölkəyə qarşı qərəzli deyil.