Putin Qərbi təhdid edib: F-16-lar işə düşərsə, üçüncü ölkələrin aerodromları qanuni hədəf olacaq

Rusiya Prezidenti Vladimir Putin Ukraynaya yardım edən üçüncü ölkələri hədələyərək onların aerodromlarının hədəfə alına biləcəyini bildirib.

Turanın səsi ” in xəbərinə görə , barədə dövlət başçısı ölkəsinin Tver vilayətində hərbi pilotlarla danışarkən deyib.

“Əgər F-16-lar üçüncü ölkələrin aerodromlarından Rusiya Silahlı Qüvvələrinə qarşı istifadə edilərsə, onlar Rusiya Federasiyası üçün qanuni hədəfə çevriləcəklər”, – Putin söyləyib.

Prezident vurğulayıb ki, sözügedən qırıcılar nüvə silahı daşıyıcısı ola bilər və Rusiya bunu nəzərə alır.

Bununla belə, Putinin fikrincə, Ukraynaya mümkün F-16 tədarükü döyüş meydanında vəziyyəti dəyişməyəcək:

“F-16-lar versələr <…> bu, döyüş meydanında vəziyyəti dəyişməyəcək. Bu gün tankları, zirehli texnikaları və digər texnikaları, o cümlədən çoxsaylı buraxılış raket sistemlərini məhv etdiyimiz kimi, təyyarələri də məhv edəcəyik”.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir