Putin Priqojindən danışdı: “İstedadlı insan idi”

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Tver vilayətində baş verən təyyarə qəzasında həlak olanların ailələrinə başsağlığı verib.

Turanın səsiTASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya mətbuatı xəbər verir.

Məlumatda qeyd olunur ki, V. Putin Yevgeni Priqojin haqqında da danışıb.

Rusiya Prezidenti Y. Priqojini 1990-cı illərin əvvəllərindən tanıdığını, onun çətin taleyi olmasına rəğmən istədiyi nəticələrə nail olduğunu vurğulayıb.

“Priqojin istedadlı insan idi” – V.Putin deyib.

O, “Vaqner” döyüşçülərinin göstərdiyi xidmətləri də unutmayacaqlarını söyləyib.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir