Putin Pezeşkianı sammitə dəvət etdi
Rusiya oktyabrda Kazanda keçiriləcək BRİKS sammitində İran prezidenti Məsud Pezeşkianın iştirakını gözləyir.
“turaninsesi.az” RIA Novosti-yə istinadla xəbər verir ki, bunu Vladimir Putin İran Ali Milli Təhlükəsizlik Şurası Əli Əkbər Əhmədianla görüşdə deyib.
O bildirib: “Rusiya ilə əməkdaşlığı komandası üçün prioritet olaraq qalan yeni prezident cənab Məsud Pezeşkiana yüksək qiymət veririk. Onu oktyabrın 22-24-də Kazanda, BRİKS sammitində gözləyirik”.