Putin-Pezeşkian görüşünün Trampla əlaqəsi: “İddia təbəssüm yaradır”

Rusiya və İran arasında hərtərəfli strateji tərəfdaşlıq sazişi sonradan daha konkret məsələlərin həlli üçün sazişlərin bağlanmasına imkan verəcək.

turaninsesi.az” IRNA-ya istinadla xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

“Rusiya və İranın münasibətləri inkişaf etdirmək üçün növbəti mümkün addımlarına gəlincə, yeni dövlətlərarası strateji sazişlə formalaşacaq hüquqi bazaya əsaslanan praktik xarakterli sahəvi sazişlərin bağlanmasını gözləməliyik”.

Peskovun sözlərinə görə, Rusiya və İran arasında hərtərəfli strateji tərəfdaşlıq haqqında Müqavilə Rusiya-İran münasibətlərinin müxtəlifliyini və çoxşaxəliliyini nümayiş etdirəcək müddəaları özündə əks etdirəcək:

“Saziş çoxşaxəli Rusiya-İran münasibətlərinin bütün spektrini əhatə edəcək: hərbi-siyasi və ticarət-iqtisadi ölçülərdə əməkdaşlığın gücləndirilməsindən tutmuş elm, təhsil və mədəni-humanitar sahələrdə ikitərəfli əlaqələrin inkişafına qədər”.

Peskov əlavə edib ki, saziş “aralarında qarşılıqlı əlaqə heç kimin maraqlarına zidd olmayan iki dost qonşu dövlətin – Rusiya və İran xalqlarının istəklərinə cavab verəcək”.

Bundan əlavə, sazişin yanvarın 17-də imzalanma tarixi ilə ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın yanvarın 20-də andiçmə mərasimi arasında mümkün əlaqə ilə bağlı ehtimalları şərh edən Peskov qeyd edib: 

“İmzalanma tarixinin seçilməsi mövzusu ilə bağlı çoxsaylı fərziyyələr var. Hərtərəfli Strateji Tərəfdaşlıq haqqında böyük müqaviləyə dair bu cür iddialar yalnız təbəssüm yaradır. Ümumiyyətlə, Amerikanın növbəti prezidentinin andiçmə mərasimi bəziləri üçün, ilk növbədə, ABŞ vətəndaşları üçün müəyyən maraq doğura bilən, lakin zamanın sınağından çıxmış Rusiya-İran əməkdaşlığının xarakterinə heç bir şəkildə təsir etməyəcək bir hadisədir. Buna görə də qarşıdan gələn tarixi hadisə ilə, daha doğrusu, Rusiya-İran münasibətlərinin hərtərəfli strateji tərəfdaşlıq səviyyəsində yaranmasına işarə edəcək sənəd üzərində iki illik gərgin işin məntiqi yekunu ilə əlaqə yaratmaq çətin ki, məqsədəuyğundur”.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI