“Putin mənə dedi ki, Saşa, o telefonu da götürmür” – Priqojinlə bağlı qəddar qərar nə olub?

Belarus Prezidenti Aleksandr Lukaşenko “Vaqner”in silahlı üsyana cəhdlə bağlı Rusiya Prezidenti Vladimir Putinlə apardığı danışıqların təfərrüatlarını açıqlayıb. Lukaşenko deyib:
“FTX və bizim Dövlət Təhlükəsizlik Komitəsi, general Tertel vasitəsilə mənə hesabat verirlər ki, Prezident Putin əlaqə saxlamaq istəyir. Saat doqquzun yarısında razılaşdıq ki, onun üçün münasib olan istənilən vaxt danışaq. O, saat saat 10.10-da zəng vuraraq Rusiyada baş verənlər barədə mənə ətraflı məlumat verdi”. Belarus Prezidentinin sözlərinə görə, o, Putinə “buna qarşı mübarizə də daxil olmaqla” bir neçə sual verib və vəziyyətin mürəkkəb olduğunu anlayıb. “Söhbətin bu hissəsini ətraflı açıqlamayacağam”.
“Mənim başa düşdüyüm kimi, ən təhlükəli şey vəziyyət deyil, onun necə inkişaf edə biləcəyi və nəticələridir. Bu, ən təhlükəlisi idi. Mən də başa düşdüm ki, qəddar qərar verilib. Mən Putinə tələsməməyi təklif etdim. Gəl, dedim, Priqojinlə, onun komandirləri ilə danışaq. Mənə dedi: “Qulaq as, Saşa, faydasızdır. Telefonu belə götürmür, heç kimlə danışmaq istəmir”. Günün ortasında, danışıqları üçüncü, dördüncü raundlarda artıq bu kanalla apardıq, mənim evimdə, kənd iqamətgahımda bizim üçün bu əlaqəni həyata keçirən vasitəçilər var idi”, – Lukaşenko deyib.