Putin Koreya liderinə bir sürü at bağışladı

Rusiya prezidenti Vladimir Şimali Koreya lideri Kim Çen Ina 24 Oryol atı göndərib.

turaninsesi.az” The Sunday Times-a istinadla xəbər verir ki, Primorsk diyarından dəmir yolu ilə Xasan keçid məntəqəsi vasitəsilə 19 ayğır və 5 madyan sürüsü göndərilib.

Bundan əvvəl atlar Vladimir vilayətində karantinə alınıb: onların hamısında əvəzlənmə ehtimalını istisna etmək və mənşənin təmizliyini təsdiqləmək üçün mikroçip vurulub. 

“Oryol” Kimin sevimli cinsidir. Putin ilk dəfə deyil ki, ona belə atlar verir – 2022-ci ildə Pxenyana 30 at gətirilib. Şimali Koreya lideri mütəmadi olaraq onlara minərkən fotolar çəkir. Məsələn, dövlət xəbər agentliyi KCNA Kimin ağ atı minərək Koreya yarımadasının ən hündür dağı olan Paektusana (2744 metr) necə qalxması barədə xəbər dərc edib.

Rəsmi ticarət qeydlərinə görə, Şimali Koreya 2020-2023-cü illər arasında Rusiyadan gələn damazlıq atlara ən azı 600 min dollar xərcləyib.

Oryol cinsi partiyası Şimali Koreyanın Ukraynadakı müharibə üçün Rusiyaya verdiyi artilleriya mərmilərinin ödənişinin bir hissəsidir. Cənubi Koreya hərbi kəşfiyyatının məlumatına görə, 2022-ci ilin ortalarından etibarən Pxenyan Moskvaya 13 min konteyner silah, o cümlədən 6 milyon 152 mm-lik artilleriya mərmisi göndərib. Üstəlik, tədarüklərin yarısı bu ilin fevral ayından sonra həyata keçirilib.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir