Putin İranla tərəfdaş oldu – İmzalar atıldı!

Rusiya ilə İran arasında münasibətlərdə irəliyə doğru daha bir addım atılıb.
“turaninsesi.az” xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin İranla hərtərəfli strateji tərəfdaşlıq sazişinin ratifikasiyası haqqında qanunu imzalayıb. Putinin təsdiq etdiyi saziş Rusiyanın rəsmi hüquqi informasiya portalında dərc olunub.
Saziş Moskva ilə Tehran arasında uzunmüddətli əməkdaşlığın inkişafı üçün hüquqi baza yaradır. Rusiya və İrana rəsmən “strateji tərəfdaş” statusu verən saziş müdafiə, terrorla mübarizə, enerji, maliyyə, nəqliyyat, sənaye, kənd təsərrüfatı, elm, mədəniyyət və texnologiya da daxil olmaqla bütün sahələri əhatə edir.
Putin isə görüş zamanı ikitərəfli münasibətlərin, eləcə də regional və beynəlxalq məsələlərdə əməkdaşlıq və koordinasiyanın iki xalqın maraqlarına xidmət etdiyini və regional sabitliyi gücləndirdiyini vurğulayıb.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI