Putin Əsədi verməkdən imtina etdi – Əl-Şara

Yanvarda Suriyanın yeni hökuməti Rusiya rəhbərliyindən devrilmiş prezident Bəşər Əsədin ekstradisiyasını xahiş etsə də, Kreml bundan imtina edib.
“turaninsesi.az” “The New York Times”a istinadla xəbər verir ki, bunu ABŞ nəşrinə Suriyanın müvəqqəti prezidenti Əhməd əş-Şara deyib.
O vurğulayıb ki, Suriya administrasiyası Rusiya ilə münasibətləri kəsmək niyyətində deyil. Suriya silahlarının əksəriyyəti Rusiyada istehsal olunub və ölkə böyük ölçüdə Rusiyanın ərzaq və enerji təchizatından asılıdır.
Xatırlada ki, Bəşər Əsəd 2024-cü ilin dekabrında devrildi, bundan sonra dərhal Suriyanı tərk etdi və Rusiyadan siyasi sığınacaq alıb.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI