“Putin danışıqlarda iştirak edərsə, Tramp da İstanbula gedəcək” – ABŞ-nin xüsusi elçisi

ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinin də Türkiyəyə gələcəyi təqdirdə, mayın 15-nə planlaşdırılan Rusiya-Ukrayna danışıqlarına qatılmaq üçün İstanbula gedə bilər.
“turaninsesi.az” xəbər verir ki, bu barədə ABŞ-nin Ukrayna üzrə xüsusi elçisi Keyt Kelloq “Fox Business” telekanalına müsahibəsində bildirib.
“Ümid edirik ki, Prezident Putin orada olacaq. Elə olsa, Prezident Tramp da gələcək. Bu, heyrətamiz görüş olardı”, – o deyib.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI