Prezidentin həyatı təhlükə altındadır

0

Slovakiyanın baş naziri Robert Fiko və ABŞ prezidentliyinə namizəd Donald Trampa qarşı sui-qəsd cəhdlərindən sonra Serbiya prezidenti Aleksandr Vuçiçin həyatı üçün təhlükə yaranıb.

turaninsesi.az” Novosti-yə istinadla xəbər verir ki, bunu Serbiya baş nazirinin müavini Aleksandr Vulin bildirib.

O əlavə edib: “Ukraynada sülh yolu ilə həllin tərəfdarı olan hər kəsin başına nəsə gəlir, kimsə onlara atəş açır”. 

Vulinin sözlərinə görə, Vuçiçin həyatı Serbiyanın hərbi neytrallığını dayandırmasını, Rusiyaya qarşı sanksiyalar tətbiq etməsini, Kosovonun müstəqilliyini tanımasını və Bosniya və Herseqovinadakı Serb Respublikasından əl çəkməsini istəyənlər tərəfindən təhlükə altındadır.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir