Polşada Ukraynanın “T-64” tanklarının təmiri mərkəzi açılıb
Polşada Bumar-Labedi zirehli zavodu Ukraynanın “T-64” tanklarını təmir etməyə başladı.
Bu barədə ” turanın səsi ” Polska Grupa Zbrojeniowa şirkətinin mətbuat xidmətinə istinadən xəbər verir.
Məlumata görə, mərkəz şirkətlə və “Ukroboronprom” arasında bağlanmış müqavilə çərçivəsində açılıb. Onlar “T-64” tanklarının təmiri, texniki xidməti, döyüş qabiliyyətinin saxlanması və bərpası ilə məşğul olacaqlar.
Gələcəkdə Polşanın Ukraynaya təhvil verdiyi “T-72” və “PT-91” tanklarına xidmət göstərmək üçün də əməkdaşlıq planlaşdırılır.